23 İyul, 2014
Bir neçə rayonda qaz olmayacaq

Bu gün  saat 12:00-dək Zaqatala rayonunun bir hissəsinə, saat 13:00-dək Nərimanov rayonunun bir hissəsinə, saat 15:00-dək Balakən rayonuna, saat 17:00-dək Binəqədi və Xətai rayonlarının bir hissəsinə, saat 18:00-dək Quba rayonuna, Sabunçu, Xəzər, Qazax, Şamaxı və Göyçay rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Yevlax rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, fasilə qaz nəqli sistemində və qaz şəbəkəsində təmir işlərinin aparılması və qaztənzimləyici qurğunun quraşdırılması ilə əlaqədardır.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!