23 İyul, 2014
Çempionlar Liqasını “Bayern” qazanacaq?

Avropanın məşhur bukmeyker kontorları növbəti mövsümdə Çempionlar Liqasını qazana biləcək ən şanslı komandaları müəyyən edib

Simsar.az xəbər verir ki, siyahıda lider Münhen “Bayern”idir. Onların qələbəsi 5,25 əmsalı ilə qiymətləndirilir. Bundesliqa təmsilçisini 5,50 əmsalı ilə ötən mövsümün qalibi “Real Madrid” izləyir. Finalda “Kral klubu”na məğlub olan “Atletiko” isə 19,50 əmsalla 3-cüdür.

Maraq üçün bildirək ki, qrup mərhələsinə birbaşa qatılacaq Türkiyənin “Qalatasaray” klubunun çempionluq şansları 125, təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Beşiktaş”ın imkanları isə 250 əmsalı ilə təqdim edilib.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!