30 Mart, 2011
Atəşkəs pozulub

Düşmən cavab atəşilə susdurulub

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 29-da saat 16.40-dan 16.45-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub. 
Saat 20.25-dən 20.30-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutan düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!