22 İyul, 2014
Azərbaycanlı girovların məsələsi Qarabağda müzakirə edildi

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) missiyasının rəhbəri Tomas Halier Ermənistan ordusu tərəfindən işğal edilən Dağlıq Qarabağa gəlib.

Simsar.az-ın məlumatına görə, Tomas Halierin Azərbaycan torpağında məskən salan ermənilərlə görüşünün təfərrüatları barədə Ermənistan mətbuatı açıqlama verməyib.

Bildirilir ki, BQXK-in rəsmisi Kəlbəcərdə ermənilər tərəfdən girov götürülmüş iki azərbaycanlının - Şahbaz Calal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərovun məsələsini müzakirə edib.

Belə ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən verilən açılamada ermənilər tərəfindən 2 nəfərin girov götürülməsi və bir nəfərin öldürülməsi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edildiyi bildirilib: "Hazırda BQXK bu məsələ ilə əlaqədar tərəflərlə dialoqu davam etdirir".


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!