22 İyul, 2014
ABŞ dövlət katibini terrorçuya bənzətdilər

ABŞ dövlət katibi Con Kerri Misirə səfəri çərçivəsində ilginc hadisə ilə qarşılaşıb.

Simsar.az-ın məlumatına görə, Con Kerri İsraillə Fələstin arasında atəşkəsin təmin olunması üçün dünən Misirə səfər edən ABŞ dövlət katibi metal detektordan keçirilib.

Con Kerri bu hadisədən sonra çox narahat görünüb.

Bu hadisə isə Misirdə diplomatik skandala səbəb olub.

Hadisənin təfərrüatları barədə geniş məlumat verilmir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!