22 İyul, 2014
Prezident sərəncam verdi

Prezident İlham Əliyev “M.A.Bağırova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.


Simsar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə Musa Ağabəy oğlu Bağırova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Musa Bağırov tədqiqatçı jurnalistdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!