22 İyul, 2014
Daha 2 nəfər 700 bal topladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 20-də II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən yalnız 2 nəfər maksimal nəticə göstərərək 700 bal toplayıb.

TQDK-nın mətbuat xidmətindən Simsar.az-a  verilən xəbərə görə, 700 ballıq nəticə göstərən abituriyentlərin hər biri II ixtisas qrupu üzrə imtahan verib. III ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin heç biri 700 bal toplamayıb.

Qeyd edək ki, iyulun 12-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilmiş qəbul imtahanında I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb.

Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!