22 İyul, 2014
Fərdi təhsil alanlara həftəlik dərs yükü müəyyənləşdi

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov fərdi təhsil üzrə nümunəvi tədris planını təsdiq edib.

Simsar.az Təhsil Nazirliyin saytına istinadən xəbər verir ki, əmrin verilməsində məqsəd uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etməkdir.

Əmrə əsasən, uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2014-2015-ci dərs ili üçün tədris planı və tədris planına dair "Qeydlər" təsdiq edilib.

2014-2015-ci dərs ili üçün fərdi təhsilin nümunəvi tədris planına əsasən, (tədris Azərbaycan dilində) 1-8-ci siniflər üçün Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, informatika, həyat bilgisi, Azərbaycan tarixi, coğrafiya, fizika, kimya, biologiya fənləri üzrə həftəlik dərs yükləri müəyyənləşdirilib.

Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!