30 Mart, 2011
Maşını yumaq əvəzinə qaçırtdı

Bakıda “Hyundai Tucson” markalı avtomobil oğurlandı

Bakı şəhər Baş Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, martın 29-da Zabrat qəsəbə sakini Ələz Səfərov ərazi üzrə Sabunçu RPİ 15-ci PB-yə ərizə ilə müraciət edərək bildirib ki, özünə məxsus “Hyundai Tucson” markalı avtomobili yaşadığı evin həyətində yerləşən avtoyuma məntəqəsinə verib. Lakin orada işləyən Vüsal adlı şəxs avtomobili qaçırıb.

Keçirilən əməliyyat tədbiri nəticəsində avtomobili qaçıran Zabrat qəsəbə sakini Vüsal İmanlı martın 30-u saat 02 radələrində yaşadığı evin qarşısında avtomobillə birlikdə yaxalanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!