22 İyul, 2014
“Sumqayıt” Gürcüstan klubuna qarşı

“Kimyaçılar”ın Türkiyə toplanışı davam edir.

Simsar.az xəbər verir ki, toplanış çərçivəsində klub bu gün növbəti yoxlama oyununa çıxacaq. Rəqib Batuminin “Dinamo” klubu olacaq.

Bundan əvvəl iki yoldaşlıq görüşündə qüvvəsini sınayan “Sumqayıt” İran “Persepolis”inə uduzsa da (2:3), Özbəkistan “Bunyodkor”unu məğlub edə bilmişdi (1:0).

Qeyd edək ki, “Sumqayıt” və “Dinamo” komandaları arasında görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

 

Vüsal Məmmədzadə

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!