22 İyul, 2014
“Xəzər Lənkəran” Serbiya klubuna qarşı

Cənub təmsilçisinin Sloveniya toplanışı davam edir.

Simsar.az xəbər verir ki, “Xəzər Lənkəran” bu gün toplanış çərçivəsində növbəti yoxlama oyununa çıxacaq. Rəqib isə Serbiya klubu “Rad” olacaq.

Buna qədər Ukrayna “Karpatı”sı (2:1) və Latviya “Yurmala”sını (3:1) üstələməyi bacaran Oğuz Çətinin yetirmələri növbəti qələbə arzusundadırlar.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

Vüsal Məmmədzadə

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!