22 İyul, 2014
“Neftçi” Sloveniyaya itkilərlə yollanır

Denis Silvanın ardından Bruno Bertuççi də sıradan çıxıb

Simsar.az xəbər verir ki, UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən “Neftçi” “Koper”lə cavab görüşünə itkilərlə çıxacaq. Denis Silva ötən oyun olduğu kimi, bu dəfə də meydanda olmayacaq. Silva ilə yanaşı, Bertuççi də zədələnib. Futbolçu Sloveniyaya getsə də, onun “Koper”lə oyunda meydanda olub-olmayacağı sual altındadır.

Qeyd edək ki, “Neftçi” 2-ci təsnifat mərhələsinin cavab görüşünü 24 iyul tarixində keçirəcək.

 

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!