22 İyul, 2014
Şahin Diniyev: “1-0 hər şeyi həll etmir”

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” bu gün növbəti oyununa çıxacaq

Simsar.az oyun öncəsi futbol mütəxəssisi Şahin Diniyevin fikirlərini öyrənib. “Qarabağ”ı cütün favoriti hesab edən Diniyev növbəti mərhələ haqqında düşünməyin hələ tez olduğunu qeyd edib: “Təmsilçimiz səfərdən sərfəli nəticə ilə dönüb. Lakin 1-0 sürüşkən hesabdır və hər şeyi həll etmir. Ona görə, diqqətli olmaq lazımdır. Buraxılacaq bir qol ssenarini dəyişə bilər”. “Qarabağ”dan ağıllı oyun gözlədiyini  deyən Şahin Diniyev Ağdam təmsilçisini daha şanslı hesab edir: “İnanmıram, təmsilçimiz belə oyunda səhvə yol versin. Ancaq “Zalzburq” haqda da danışmaq hələ tezdir”.

Xatırladaq ki, “Qarabağ” – “Valetta” görüşü bu gün saat 21:30-da start götürəcək.

 

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!