22 İyul, 2014
TQDK-dan jurnalistlərə TƏBRİK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Milli Mətbuatımızın yaranmasının 139-cu ildönümü münasibətilə jurnalistləri təbrik edib.

Hörmətli mətbuat nümayəndələri!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Milli Mətbuatımızın yaranmasının 139-cu ildönümü münasibətilə hamınızı təbrik edir.

Böyük və zəngin ənənələrə malik Azərbaycan jurnalistikası xalqımızın milli varlığının, adət-ənənələrinin qorunub-saxlanılmasında, mədəni inkişafında daim müstəsna xidmətlər göstərir.

Ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafında da yeni mərhələ başlandı. “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunun qəbulu və təkmilləşdirilməsi, söz, fikir azadlığının qarşısına sipər çəkən senzuranın ləğvi müstəqil Azərbaycan mətbuatının inkişafına təkan verdi. Bu mütərəqqi siyasətin ölkə prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirilməsi müstəqil mətbuatın, söz azadlığının və demokratiyanın inkişafına böyük töhfələr qazandırıb.

Ölkə ictimaiyyətinin böyük maraq göstərdiyi ali və orta ixtisas məktəblərinə tələbə qəbulu prosesinin, bu sahədə həyata keçirilən tədbirlərin, yeniliklərin KİV nümayəndələri tərəfindən daim diqqətdə saxlanmasını, bu istiqamətdə maarifləndirmə işinin aparılmasını yüksək qiymətləndirir, TQDK ilə media işçiləri arasındakı səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyimizi ifadə edirik.

Bir daha sizi Milli Mətbuat Günü münasibətilə təbrik edir, hamınıza şəxsi həyatınızda xoşbəxtlik, peşə fəaliyyətinizdə uğurlar arzulayırıq.


Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!