22 İyul, 2014
Azərbaycan Ukrayna ilə ədəbi Memorandum imzaladı

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Ukraynanın nüfuzlu “Vsesvit” dünya ədəbiyyatı jurnalı arasında Memorandum imzalanıb.

Simsar.az xəbər verir ki, Azərbaycan və Ukrayna ədəbiyyatlarının qarşılıqlı tərcüməsi və mübadiləsini nəzərdə tutan sənəddə deyilir: “Azərbayacan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Ukraynanın “Vsesvit” tərcümə jurnalı arasında bağlanan bu memorandum hər iki xalqın müasir ədəbiyyatlarının qarşı tərəfin dilinə tərcüməsini, xüsusi buraxılışlar və ya kitablar, antоlogiyalar şəklində nəşrini, ümumiyyətlə ədəbi proseslərin uzlaşdırılmasını, peşəkar mübadilənin mütəmadi xarakter almasını, səfərlərin, görüşlərin, mühazirələrin təşkilini nəzərdə tutur.

Hesab edirik ki, xalqlarımızın oxşar siyasi taleyi və bu günü bizim müasir  ədəbiyyatların yaxınlaşması, bir-birinə tanıdılması işini daha da aktuallaşadırır,  başqa tərəfdən bu Azərbaycan-Ukrayna ədəbi əlaqələrinin tarixinə də hörmətdir, onun davamlı olmasını labüd edir”.

Azərbaycan, Ukrayna və ingilis dilləridnə olan Memorandumu Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu və “Vsesvit” jurnalının baş redaktoru Dmitro Drozdovski imzalayıblar.

 

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!