22 İyul, 2014
Ərdoğan əlvida dedi, halallıq istədi

Əgər Allah nəsib edərsə, millətimiz də məni prezidentlik vəzifəsinə layiq görərsə, bəlkə də bu kürsüdən etdiyim son çıxışım olacaq.

Simsar.az “YeniŞafaqk” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyənin baş naziri Rəcab Tayyib Ərdoğan AK pariyanın toplantısında çıxış edərkən deyib.

Ərdoğan deyib: “Dinləyicilər zaman-zaman satdılar. Aramızdan iddia məsuliyyəti daşıyamayıb gedənlər oldu. Amma bu kürsü həmişə millətin kürsüsü oldu. Bu gün bu kürsüyə bəlkə əlvida deyərəmsə, gözümün arxada qalmadığını bilmənizi istəyirəm. Bu kürsü milli iradənin sözə cümlələrə büründüyü bir kürsü oldu. Mənə sizlər kimi yol yoldaşları nəsib etdiyi üçün Allaha həmd edirəm. Sizlərdən bir dəfə daha halallıq diləyirəm.”

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!