22 İyul, 2014
“Dəmirbank” ASC-də cinayət

“Dəmirbank” ASC-nin Sumqayıt filialında qanunsuzluq faktı aşkar edilib. Baş Prokurorluqdan Simsar.az-a verilən məlumata görə, bankın vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə görə aparılan istintaq yekunlaşıb.

Məlum olub ki, filialın müdir müavini Cabir Sultanov müştərinin adına açılan depozit hesabdan 10 min manat və depozit hesaba köçürülmə üçün verilən 40 min manatı mənimsəyib. Bununla yanaşı filialın xəzinədar-əməliyyatçısı Səidə Abıyevaya müştərinin iştirakı olmadan rəsmi sənədlər tərtib etdirib.

Cinayət işində təqsirli bilinən C.Sultanova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə) və  308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), S.Abıyevaya isə həmin məcəllənin  308.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilib.

İstintaqın nəticələri  Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Ülviyyə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!