22 İyul, 2014
Mərdəkan Müalicə Pansionatı təmir edilir

Mərdəkan Müalicə Pansionatında əsaslı təmir işlərinə başlanılıb. Təmir işləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə həyata keçirilib.

Pansionat əlilliyi olan şəxslərə və digər imtiyazlı vətəndaşlara dövlət hesabına fizioterapevtik müalicə üsulları ilə müalicə xidməti göstərən 100 yerlik bir müəssisədir. Burada il ərzində ölkənin müxtəlif bölgələrindən müvafiq yollayış əsasında gələn 1000 nəfərdən artıq vətəndaşa müalicə xidməti göstərilir. Uzun illər pansionatda təmir işlərinin aparılmaması müəssisədə şəraitin yararsız hala düşməsinə və imtiyazlı şəxslərə lazımi xidmətin göstərilməsində çətinliklərin yaranmasına səbəb olub.

Əsaslı təmir işlərindən sonra pansionatın müasir müalicə metodika və texnologiyalarının tətbiqi üçün müvafiq avadanlıqlarla təchiz olunması nəzərdə tutulur.

 

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!