22 İyul, 2014
“Müxaliflərin beş qəpiklik ağlı yoxdur” – SƏRDAR CƏLALOĞLU

“Azərbaycanda müxalif partiyalar Komunist partiyasının sifətini alıblar”

Bunu Simsar.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Partiya sədrinin sözlərinə görə, müxalifətdə cəmlənən adamların beş qəpiklik nə ağlı, nə də gücü var. Amma elə bir təkkəbürdədirlər ki, əğstəfürullah, özlərini Allah hesab edirlər: “Ona görə də nə bir araya gələ bilirlər, nə bir iş görə bilirlər. Azərbaycan müxalifəti ardıcıl olaraq iqtidarı dialoqa çağırır. Baxın görək, bu gün iki müxalif lider bir-biri ilə normal söhbət edə bilirmi?”

S.Cəlalaoğlu söyləyib ki, müxalifətin ən böyük problemi demokratiyadan uzaqlaşmaqdır: “Azərbaycanda müxalif partiyalar Komunist partiyasının sifətini alıblar. Bunların gücü yoxdur, amma hamısı deyir ki, Azərbaycanda məndən güclü müxalifət yoxdur. Komunist  partiyası da belə deyirdi ki, məndən başa partiya yoxdur”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!