22 İyul, 2014
ABŞ-dan Qəzzaya 47 milyon dollarlıq dəstək

Kerri atəşkəsi gündəmə gətirmək üçün Fələstin prezidenti Mahmud Abbasla telefon əlaqəsi saxlayıb. Simsar.az xəbər verir ki, Fələstin xəbər agentliyi “Wafa” nın məlumatına görə, Con Kerri dünən bu məqsədlə Misirə yola düşüb. Abbasla telefon əlaqəsi saxlayan Kerri ABŞ-ın Qəzzaya 47 milyon dollar yardım edəcəyi barədə məlumat verib. Söhbət əsnasında hər iki tərəf atəşkəs barədə hər hansı bir anlaşmanın Misirin təklifi ilə uyğun olması barədə ortaq fikirləri paylaşıblar.

Con Kerri həmçinin bildirib ki, təcili humanitar yardımlar üçün istifadə edilən fonddan Qəzza üçün vəsait ayrılacaq. Bu vəsaitlə fələstinlilərin qida, sığınacaq və tibbi ehtiyacları təmin ediləcək.

Qeyd edək ki, ötən həftə Misir höküməti Fələstin qruplaşmaları və İsrail hərbi qüvvələri arasındakı ixtilafların dayandırılması və sərhəd qapılarının açılmasını özündə ehtiva edən təklif irəli sürmüşdü.

Ülviyyə Cövdətqızı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!