22 İyul, 2014
Nəsrullahdan İsraili hiddətləndirən açıqlama

Hizbullah lideri: “Həmas ilə əməkdaşlığa hazırıq”

Hizbullahın baş katibi Həsən Nəsrullah, Həmasın Siyasi Büro şefi Xalid Məşəl və İslami Cihad Hərəkatı lideri Ramazan Şellahla telefon görüşü keçirib.

Simsar.az “YeniŞafak” qəzetinə istinadla xəbər verir ki, Nəsrullah, iki telefon danışığında  başda Həmas olmaqla Fələstindəki müqavimət hərəkatları ilə əməkdaşlığa hazır olduqlarını söyləyib. Nəsrullah son 2 həftədir İsrailin hücumlarına qarşı müqavimət göstərən Həması təbrik edərək Sionistlər qarşısında, səbirlə, əzmlə və mətanətlə mübarizənin getdiyini deyib.

Nəsrullah və Məşəl ilə telefon danışığı zamanı Hizbullahın hər zaman Həmasın və Qəzza xalqının yanında olduğunu vurğulayaraq, Həmas ilə əməkdaşlığa və mübarizəyə ortaq olmağa hər an hazır olduqlarını bildirib.

Nəsrullahın Məşəllə danışığı İsrail mətbuatında geniş əks-səda doğurub.  Məhz buna görə də, 2006-cı ildə Hizbullaha məğlub olan İsrail narahatdır.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!