22 İyul, 2014
Çempionlar Liqasında cavab görüşləri – AFİŞA

Ən nüfuzlu klub turnirində 2-ci təsnifat mərhələsi davam edir

Simsar.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən “Qarabağ”ın oyunu ilə yanaşı daha 10 qarşılaşma baş tutacaq.

Ən maraqlı görüşlərdən biri Albaniyada keçiriləcək. Ötən il “Neftçi”ni mübarizədən kənarlaşdıran “Skenderbeu” bu dəfə BATE-ni üstələməyə yaxındır. Səfərdə qolsuz bərabərliyə nail olan albanlar doğma azarkeşlər önündə mərhələni adlamaq əzmindədirlər.

Günün proqramı isə belədir:

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, cavab oyunları

22 iyul

20:00. “Sutyeska” (Monteneqro) - “Şerif” (Moldova)

İlk oyun - 0:2

21:00. “Levadiya” (Estoniya) - “Sparta” (Çexiya)

İlk oyun - 0:7

21:30. “Qarabağ” (Azərbaycan) - “Valletta” (Malta)

İlk oyun - 1:0

21:00. “Düdelanj” (Lüksemburq) - “Ludoqorets” (Bolqarıstan)

İlk oyun - 0:4

22:30. “Makkabi” (Təl-Əviv, İsrail) - “Santa Koloma” (Andorra)

İlk oyun – 1:0

22:45. TNS (Uels) - “Slovan” (Slovakiya)

İlk oyun – 0:1

23:00. “Skenderbeu” (Albaniya) - BATE (Belarus)

İlk oyun - 0:0

23:00. “HB Torshavn” (Farer adaları) - “Partizan” (Serbiya)

İlk oyun - 0:3

23:15. “Jalgiris” (Litva) - “Dinamo” (Xorvatiya)

İlk oyun – 0:2

23:30. “Debretsen” (Macarıstan) - “Kliftonvill” (Şimali İrlandiya)

İlk oyun - 0:0

23:45. “Seltik” (Şotlandiya) - “Reykyavik” (İslandiya)

İlk oyun - 1:0

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!