22 İyul, 2014
Azərbaycanlı müğənni canlı yayımda yuxuladı - FOTOLAR

Simsar.Az xəbər verir ki, əkiz bacılar Sevinc və Sevilin təqdimatında Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin bugünkü buraxılışı maraqlı anlarla yadda qalıb.

Proqramın qonaqları müğənnilər Emil Bədəlov, Çingiz Mustafayev və maqazin jurnalisti, Simsar.Az la əməkdaşlıq edən Şahin Cavadsoy oldular.

Yuxudan yarımçıq oyanması Çingizi studiyada çıxılmaz vəziyyətə salıb. Mahnılar ifa etməsinə baxmayaraq müğənni verilişboyu tamaşaçılardan yuxusuzluğunu gizlətmədi.

Gitarasını qucaqlayıb başını balınca söykəyən müğənniyə verilişin əməkdaşları yorğan da gətirdilər.

Kompleksiz Mustafayev canlı yayımlanan verilişdə bolluca yatdığını  sosial şəbəkələrdə status yazaraq özü də etiraf edib.

 

Rövşən İlknuri

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!