22 İyul, 2014
“Rəşid bəy və Səadət xanım” QƏBƏLƏDƏ

Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramı çərçivəsində "Azərbaycanın əfsanələr paytaxtı" elan olunan Qəbələ rayonunda tez-tez mədəni kütləvi tədbirlər keçirilir.

Simsar.az xəbər verir ki, belə tədbirlərdən biri Qəbələ Rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən İ.B.Qutqaşınlı adına xalq teatrının təqdimatında olub. Teatrın kollektivi İ.B.Qutqaşınlının yaradıcılığının şah əsəri olan “Rəşid bəy və Səadət xanım” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edib.

Əsər yaradıcı heyət tərəfindən uğurla səhnələşdirilib. Personajların daxili gərginliyi, hiss və həyəcanları aktyorlar tərəfindən məharətlə oynanılıb.

Tamaşanın quruluşçu rejissoru Füzuli Sərkərov, rəssamı Malik Ağayev, işıqçı Süleyman Yaqubovdur.

Rəşid bəy rolunda Xəyal Gəncimov, Səadət xanım rolunda Şahanə Vəlizadə, Əziz rolunda Ruhib Rəşidov, Şamah rolunda isə Leyla Zakirova çıxış ediblər.

Səhnə əsəri tamaşaçılar tərəfindən yüksək alqışlarla qarşılanıb.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!