30 Mart, 2011
İraqda silahlı hücum nəticəsində 50 nəfər həlak olub

Əyalət administrasiyasının binasını İraq hərbiçiləri mühasirəyə alıb

Bağdaddan 160 km şimalda yerləşən Salah əl-Din əyalətinin Tikrit şəhərindəki inzibati binaya edilmiş silahlı hücum nəticəsində 50 nəfər həlak olub.
APA-nın verdiyi xəbərə görə, hərbi geyimdə binaya daxil olmuş 10 terrorçu mühafizə xidmətinin əməkdaşları ilə atışıb, sonradan binada olan bir qrup insanı girov götürüblər.
Hücumdan əvvəl binanın yaxınlığında terrorçular bir avtomobili partladıblar.
Ərəb KİV-ləri bildirirlər ki, hadisədə bir telejurnalist, polis idarəsinin rəisi və onun müavini həlak olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!