22 İyul, 2014
4 rayonda qaz olmayacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a ya daxil olan məlumata görə, qaz nəqli sistemində təmir işlərinin aparılması, ölçü qovşaqlarında quraşdırılmış diafraqmaların dəyişdirilməsi və daraldıcı qurğuların təftiş olunması ilə əlaqədar bu gün saat 12:00-dək Lənkəran, saat 13:00-dan 15:00-dək Astara və Qax, saat 18:00-dək isə Şamaxı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!