22 İyul, 2014
Naxçıvanda böyük kompleks inşa olunur

Simsar.az xəbər verir ki, hazırda ümumi sahəsi 790 kvadratmetr olan ikihissəli anbar binası və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları üçün uzunluğu 102 metr, eni isə 12 metr olan qaraj kompleksi tikilir. Anbarda hörgü və suvaq işləri yekunlaşıb, pəncərələr salınıb, dam örtüyünün vurulması isə davam etdirilir. Qaraj kompleksində döşəmə salınıb, dəmir konstruksiyalı tavan örtüyünün vurulmasına başlanılıb.

“Gəmiqaya” MMC-nin inşaatçıları tərəfindən tikintisi aparılan kompleks hazır olduqdan sonra burada toxum, qüvvəli yem və xammal anbarları fəaliyyət göstərəcək. Əvvəllər dəyirman kimi istifadə olunan bu ərazidə hər birinin tutumu 500 ton olan 48 bunker vardır. Təmir işlərindən sonra bunkerlərdə toxumun keyfiyyətlə və uzun müddətə saxlanılması mümkün olacaq. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər kənd təsərrüfatı bitkiləri toxumunun satışı da həyata keçiriləcək.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!