21 İyul, 2014
Azərbaycanda “Mercedes” aşdı: 4 ölü

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qızası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun 92-ci kilometrliyində, Hacıqabul rayonunun Nəvai kəndi ərazisində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin idarəetməni itirərək aşması nəticəsində avtomobildə olan 4 nəfər ölüb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!