21 İyul, 2014
"Prado"nun aşma anı görüntüləndi - VİDEO

Paytaxt Bakının mərkəzi küçələrindən birində qeydə alınan yol qəzası Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameralarından yayına bilməyib. «Hundai Sonata» markalı avtomobil həcmcə özündən böyük olan «Toyota Prado» markalı avtomobilə necə yüksək sürətlə dəyirsə, «Prado» idarəetmədən çıxır və aşır. Burada zərbənin güclü olduğu aydın şəkildə görünür.

Simsar.az avtosfer.az-a istinadən xəbər verir ki, qəzanın başvermə səbəbinə gəlincə, bu küçənin nizamlanmayan yol ayrıcı olduğunü söyləmək olar. Çünki kadrlarda svetafor və ya hər hansı yol nişanı gözə dəymir. Belə olduğu halda, əgər yol ayrıcı nizamlanmayan yol ayrıcıdırsa, sözsüz ki, «Sonata»nın sürücüsü sağdan hərəkətdə olan «Prado»ya yol verməli idi. Çünki diqqətlə baxdıqda görünür ki, «Prado»nun sürücüsü keçid üstünlüyünün onda olduğunu düşündüyü üçün sakit şəkildə hərəkət edir. «Sonata» isə qəflətən yola çıxaraq onu sağdan vurub aşırdır.

Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyir. Xəsarət alanlar da olub. Əsas odur ki, ətrafdakı insanlar belə vəziyyətlərdə dərhal köməyə gəlib aşan avtomobili qaldırırlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!