21 İyul, 2014
TQDK: “Apelyasiya komissiyasına 4 nəfər müraciət edib”

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanından apelyasiya şikayəti edənlərə cavab verilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) iyulun 20-də saat 10-dan 17-dək II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında istifadə edilən test tapşırıqlarının məzmununa dair müvafiq fənlər üzrə ekspertlərdən ibarət apelyasiya komissiyası fəaliyyət göstərib. Simsar.az-ın məlumatına görə, apelyasiya komissiyasına hər iki ixtisas qrupu üzrə cəmi 4 nəfər müraciət edib. Ekspertlər sualları ətraflı izah edərək bütün müraciətləri cavablandırıblar. Apelyasiya komissiyasına müraciət edənlər bununla bağlı öz razılıqlarını bildiriblər.

Aysel Kərimova

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!