21 İyul, 2014
Təhsil İdarəsi şagirdlər üçün təlim keçirir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Sabunçu Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının “Öyrən, İdarə et, Lider ol” mövzusunda təlimi keçiriləcək. İdarənin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, 21-25 iyul tarixlərində 252 saylı tam orta məktəb-liseydə təlim  keçiriləcək. Bildirilib ki, təlimin keçirilməsində  məqsəd ümumtəhsil müəssisələrində təhsil alan məktəblilərin asudə vaxtının səmərəli keçirilməsi, uşaqların komanda ilə iş bacarığı, özünü ifadə etmə və liderlik keyfiyyətlərinin inkişaf etdirilməsidir.

Qeyd edək ki, məktəblilərin təlim prosesini daha da maraqlı, əyləncəli etmək məqsədilə “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğuna və əyləncə mərkəzinə səyahət təşkil olunacaq.

Sonda şagirdlərə sertifikatlar veriləcək, təlimdə fərqlənmiş məktəblilər mükafatlandırılacaq.

Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!