21 İyul, 2014
“İnter” Bolqarıstan çempionunu darmadağın etdi

Ötən mövsüm əvəzedicilər arasında keçirilən ölkə çempionatının qızıl medalçısı olan “İnter”in ikinci komandası Bolqarıstanda təlim-məşq toplanışı keçir.

Simsar.az xəbər verir ki, iyulun 15-dən etibarən Varna şəhərinin Qızılqum adasındakı “Sport Palace” otelində məskunlaşan komanda gündə iki dəfə məşq edir.

İyulun 19-da toplanış çərçivəsində ilk yoxlama matçına çıxan Rüstəm Əliyevin yetirmələri meydanı qələbə ilə tərk ediblər. Varna “Spartak”ının əvəzedici heyəti ilə oyunda “İnter” rəqibin qapısından 5 cavabsız top keçirib. Gənc “bankirlər”in heyətində Ülvi İbazadə, İlkin Sadıqov (2) və Mirsahib Abbasov (2) fərqlənib.

Qeyd edək ki, “İnter” toplanış çərçivəsində daha 2 yoldaşlıq matçı keçirməyi planlaşdırıb. Təmsilçimizin Bolqarıstan toplanışı iyulun 31-də başa çatacaq.

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!