21 İyul, 2014
AİDA beynəlxalq donor konfransında

Azərbaycan Rerspublikası Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) Brüsseldə keçirilmiş beynəlxalq donor konfransında təmsil olunub.

Simsar.az xəbər verir ki, AİDA bu ilin may ayında Serbiya, Bosniya və Herseqovinada baş vermiş təbii fəlakətlə əlaqədar Avropa İttifaqı, Fransa və Sloveniyanın təşəbbüsü ilə iyulun 16-da Brüssel şəhərində keçirilmiş beynəlxalq donor konfransında təmsil olunub.

Tədbirdə çıxış edən AİDA-nın rəisi Əşrəf Şıxəliyev baş vermiş təbii fəlakətin region ölkələrinə vurduğu zərəri və beynəlxalq ictimaiyyətin birgə səylərinə ehtiyac duyulduğunu nəzərə alaraq, yeni donor ölkəsi olaraq, Azərbaycanın Serbiya və Bosniya və Herseqovinaya təcili humanitar yardım göndərdiyi barəsində məlumat verib.

O, fəlakətdən əziyyət çəkən ölkələrin əlavə humanitar yardımın göstərilməsi üçün Azərbaycan Respublikasına müraciət etdiyini bildirərək, hal-hazırda həmin müraciətlərin baxılmaqda olduğunu qeyd edib.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!