21 İyul, 2014
“Qarabağ” - “Valletta” görüşü canlı yayımlanacaq

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Valletta” matçı televiziya vasitəsi ilə canlı yayımlanacaq.

“Qarabağ” klubunun mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, qarşılaşma “İdman Azərbaycan” telekanalı vasitəsi ilə nümayiş etdiriləcək.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun sabah saat 21:30-da başlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!