29 Mart, 2011
Ramil Usubov 5 polisə mənzil açarları verdi

Polis Şöbəsinin yeni binası

DİN mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib. Məlumat verilib ki, tikintisinə ötən ilin aprelində başlanmış 4 mərtəbəli inzibati binanın ümumi sahəsi 3162 kvadratmetrdir. Müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, həyətdə idman meydançası salınıb. Yeni tikilidə 61 xidməti otaq, 132 yerlik akt zalı var. Binada ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb. Ərazi metal şəbəkə ilə hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.


Ramil Usubov Növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına, Müvəqqəti Saxlama Təcridxanasına baxış keçirib.



Daha sonra general-polkovnik Ramil Usubov inzibati binanın akt zalında Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən ayrılmış 5 yeni mənzilin açarlarını təntənəli şəkildə RPŞ-nin əməkdaşlarına təqdim edib. Bildirilib ki, son beş il ərzində Abşeron RİH tərəfindən RPŞ-nin əməkdaşlarına Xırdalan şəhərinin ərazisində inşa edilmiş yeni binalarda 36 mənzil verilib, 196 nəfərə isə fərdi torpaq sahəsi ayrılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!