21 İyul, 2014
“Gənc Mühəndislərin İnkişafı” İB iftar süfrəsi təşkil etdi

“Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi mühəndislər və mühəndislik ixtisası alan tələbələr üçün “Ənənəvi iftar süfrəsi” təşkil edib. Dünən Mont Inn Otelinin 6-cı mərtəbəsinin restoranında keçirilən mərasimdə mühəndislər bu ayın bərəkətindən istifadə etmək üçün oruclarını açaraq masa arxasında söhbət ediblər.

Tədbirin rəsmi hissəsini GəncMİİB-in Mexanika klubunun aktiv üzvlərindən İlqar Abasov açıb. O, tədbir iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etdikdən sonra GəncMİİB-in gördüyü və gələcəkdə görəcəyi işlər haqqında məlumat verib.

Rəsmi hissənin sonunda GəncMİİB-in sədri Polad Rüstəmov tədbir iştirakçılarını salamlayıb. Daha sonra 2014-cü ildə keçirilmiş GəncMİİB “I Mühəndislərarası Futbol Çempionatı”nın qalibləri olan G-Wolves komandasına üstündə GəncMİİB-in logosu olan formalar hədiyyə edilib.

Bununla da GəncMİİB-in təşkil etdiyi ənənəvi iftar süfrəsi başa çatıb.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!