29 Mart, 2011
Yaponiyada 6,4 bal gücündə zəlzələ

Dünyanı qorxudan qəzalı AES yenə silkələndi

Yaponiyada 6,4 bal gücündə növbəti güclü zəlzələ baş verib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasının yerləşdiyi Fukusima şəhərindən 161 kilometr cənub şərqdə olub.

Dağıntı və tələfat barədə məlumat verilmir. Sunami təhlükəsi yoxdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!