20 İyul, 2014
Nazirlikdə kadr dəyişikliyi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətində kadr dəyişikliyi olub.

Simsar.az-ın Ədliyyə Nazirliyi Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə Penitensiar Xidmətin Baş İdarəsinin rəis müavini vəzifəsinin icrası ədliyyə polkovnik-leytenantı Rafiq Ramazanova həvalə edilib.

Qeyd edək ki, R. Ramazanov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tərbiyə işinin təşkili idarəsinin rəisidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!