20 İyul, 2014
Şimşək çaxacaq, yağış yağacaq

İyulun 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Simsar.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, Abşeron yarımadasında temperatur gecə 20-25 dərəcə isti, gündüz 29-34 dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz 31-33 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 29-34 dərəcə isti olacaq.

Aran rayonlarında iyulun 21-də havanın əsasən yağmursuz olacağı, temperaturun gecə 20-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!