19 İyul, 2014
İspaniyada narkobaron həbs oundu

İspaniyanın polisi Kolumbiyada axtarılan cinayətkarlardan birini narkobaron Ernana Alonso Vilyanı saxlayıb.

Simsar.az-ın məlumatına görə, Ernan Alonso Vilya cinayətkar qruplaşmanın lideridir. Kolumbiya polisinin məlumatına görə, onun hesabında təxminən 400 qətl hadisəsi var. Qruplaşma təxminən 200 insandan ibarətdir, Avropaya və ABŞ-a kokain satır.

Ernan Alonso Vilya İspaniyanın cənubunda həbs edilib, onun həbsi ispan və Kolumbiya polisinin bir aylıq əməliyyatının sayəsində mümkün olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!