19 İyul, 2014
Yaponiya Matmo tufanı ilə üz-üzə

Yaponiya təbii fəlakətlə üz-üzə qalıb.

Simsar.az-ın məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi Sakit okeanda yaranmış və bu ölkədə 10 nömrəli adlandırılan Matmo tufanı gələn həftənin ortalarında cənub prefekturası Okinavaya çatacağını açıqlayıb.

Tufanın mərkəzində havanın təzyiqi 1002 hektopaskala, küləyin sürəti saniyədə 18 metrə çatır. Şimal-şərqə doğru hərəkət edən tufanın gücü artmaqda davam edir.

Qeyd edək ki, ötən həftə Yaponiyanın cənub və mərkəzi rayonlarını tutmuş Noquri tufanı, iyulda Yaponiya arxipelaqı üzərində ən güclü siklon hesab edilib. Yaponiya Yanğınsöndürmə İdarəsinin məlumatına əsasən, həmin tufan yeddi nəfərin ölümünə və 63 nəfərin ciddi xəsarət almasına səbəb olub. Bundan əlavə, bəzi tikililərə də ziyan dəyib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!