19 İyul, 2014
FHN köməksiz qalan qadını xilas etdi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1958-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

Simsar.az-ın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs yaşayış binasının blokunun giriş hissəsi məişət və tikinti materiallarının tullantıları ilə bağlandığından çıxmaq iqtidarında olmayıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə qadına müvafiq köməklik göstəriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!