19 İyul, 2014
Həmas Ramazan bayramına zəfər vəd edir

Həmasın hərbi qolu olan İzzəddin əl-Qəssam briqadalarının rəsmisi Əbu Ubeydə Ramazan bayramına qədər İsrailə qarşı zəfər əldə ediləcəyinə ümid edir. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, Əbu Ubeydə bu barədə çıxış edərkən bildirib ki, düşmənə daşla yox bomba ilə müqavimət göstərilməlidir. “Qəzzalı gənclər düşmənə daş yerinə bomba atsınlar deyə 25 milyon əl bombası hazırladıq. Müharibədə sərf etdiyimiz sursatları eyni şəkildə bərpa etdik”.

O, həmçinin vurğulayıb ki, Həmas İsraillə uzun müddət müharibə aparacaq gücdədir. “İsraillə uzun müddət müharibə aparmaq üçün hərtərəfli hazırlığımız var. Bu müharibədə qalib gələrək xalqa Ramazan bayramında bayram sevinci yaşadacağıq”

 

Ülviyyə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!