19 İyul, 2014
TQDK-dan sabah imtahan verənlərə XƏBƏRDARLIQ

TQDK iyulun 20-də II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün qəbul imtahanı keçirəcək

Komissiyanın mətbuat xidmətindən Simsar.az-a verilən məlumatda bildirilib ki, abituriyentlər imtahana buraxılış vərəqi"ni çap etməyi unutmamalı, imtahana gələrkən "İmtahana buraxılış vərəqi" və şəxsiyyət vəsiqənizin əslini mütləq özünüzlə gətirməlidirlər.

“Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq”.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatan kimi dərhal TQDK-nın internet səhifəsində test tapşırıqlarının düzgün cavabları abituriyentlərə təqdim olunacaq.

 

Aysel Kərimova

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!