29 Mart, 2011
Ermənilər jurnalistləri atəşə tutdu

"Güllələr başımızın üstündən uçuşurdu"

“Lider” televiziyasının Qarabağ bölgəsi üzrə xüsusi müxbiri Habil Aslanoğlu APA-ya bildirib ki, bu gün saat 14.57-də Ağdam rayonunun Çıraqlı kəndində çəkiliş apararkən erməni işğalı altında olan Gülçülük sovxozundan atəşə məruz qalıblar: “Bizi 5-6 dəqiqə atəş altında saxladılar. Düşmən avtomat və snayperlərdən atəş açırdı. Güllələr başımızın üstündən uçuşurdu. Məcbur olub, yerə uzanmalı olduq. Yanımızda olan kənd sakinlərinin də həyatına təhlükə yaranmışdı”.

H. Aslanoğlu gizləndikdən sonra ermənilərin atəşi dayandırdıqlarını bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!