19 İyul, 2014
Ronaldonun anasından ŞOK ETİRAF

Lionel Messi ilə birlikdə dünyanın ən yaxşı futbolçularından biri olaraq qəbul edilən Kriştiano Ronaldo ilə əlaqədar maraqlı bir fakt üzə çıxıb.

Simsar.az xəbər verir  görə, portuqaliyalı ulduzun anası Dolores Aveiro bu yaxınlarda Portuqaliyada satışa çıxarılan avtobioqrafiyasında Ronaldo ilə bağlı maraqlı etiraflar edib. Belə ki, Doleros Ronaldoya hamilə ikən onu abort etdirmək fikrində olduğun, lakin həkiminin buna icazə vermədiyini açıqlayıbı.

Bununla kifayətlənməyən Dolores Aveiro bətnindəki körpəni salmaq üçün isti pivə içdiyini və yıxılana qədər də qaçdığını söyləyib. Lakin bunu bacara bilməyən Aveiro sonra Ronaldonu dünyaya gətirib.

Anası Ronaldonun bu məsələdən xəbərdar oduğunu da bildirib. Hətta Ronaldo ona zarafatla, "Bax ana, sən məni saldırmağa çalışmısan, amma indi evə pulu mən gətirirəm" deyib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!