19 İyul, 2014
Nazirlik 70 cinayət faktını araşdırdı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 70 cinayət faktı qeydə alınıb, onların da 30-u “isti izlər”lə açılıb.

Daxili İşlər nazirliyinin mtəbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulub.


Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!