19 İyul, 2014
Mustafa Dənizli "Beşiktaş"da

"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Mustafa Dənizlinin yeni iş yeri bəlli olub.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis "Beşiktaş"ın idman direktoru vəzifəsinə təyin olunub.

Önder Özenin istefasından sonra axtarışlarını davam etdirən rəhbərlik M.Dənizli ilə anlaşıb. Xəbəri təsdiqləyən 64 yaşlı mütəxəssis pulun önəmli olmadığını bildirib:

"Mən "Beşiktaş"lıyam və pul haqda danışmaram. Bu vəzifədə çalışmaqdan qürur duyar və əlimdən gələnin ən yaxşısını edərəm". Mustafa Dənizlinin "Beşiktaş"ın direktoru vəzifəsinə təyin olunmasının yaxın günlərdə rəsmən açıqlanacağı bildirilir.

Qeyd edək ki, 2008-2009-cu illərdə "Beşiktaş"ı çalışdıran M.Dənizli komandasına superliqanı və ölkə kubokunu qazandırmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!