19 İyul, 2014
186 nəfərin cəsədi tapıldı - TƏYYARƏ QƏZASI

Malayziyaya məxsus "Boeing 777" sərnişin düşdüyü ərazidə xilasedicilər artıq 186 insanın cəsədini aşkar ediblər.

Simsar.az-ın məlumatına görə, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət xidmətinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, Donetskdə axtarış-xilasetmə işləri aparılır:

"Ərazidəki su anbarı da yoxlanılır. Dalğıclar anbarlarda da axtarış tədbirləri görürlər. Bu gün səhər saatlarına kimi 186 insanın cəsədini tapmaq mümkün olub".

Qeyd edək ki, faciənin səbəblərinin araşdırılması üçün hökumət komissiyası yaradılıb. Donetskdə axtarış-xilasetmə işlərinə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət xidmətinin şəxsi heyətindən 100 nəfərlik qüvvə, həmçinin dalğıclar və 18 texnika, Daxili İşlər Nazirliyindən isə 70 nəfər qəza baş verən əraziyə cəlb edilib.

Qəzaya uğrayan təyyarədə 198 nəfər olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!