19 İyul, 2014
“12 nəfəri ilan sancıb, 4 nəfəri isə gün vurub”- TOKSİKOLOJİ MƏRKƏZ

Havalar isindikcə ilan sancması halları da artır. Bu il də artıq ilan sacmaları ilə xəstəxanaya müraciət edənlər olub. Respublika Toksikaloji Mərkəzinin direktoru Azər Maqsudovun sözlərinə görə, təkcə iyul ayında 12 nəfəri ilan sancıb: «Bu şəxslərin 2-i uşaq, 3-ü qadın, 9-u isə kişi olub. İlan sancma hadisələrinin əksəriyyəti paytaxtın Qaradağ, Xəzər və Sabunçu rayonlarında qeydə alınıb. Bütün xəstələrə lazımi tibbi yardım göstərilib və onların hamısı evə buraxılıb. Ay ərzində. həşərat sancma halları ilə bağlı 2 qaraqurd, 4 əqrəb sancması hadisəsi baş verib.Həmin şəxslərə vaxtında müdaxilə edilib və evə buraxılıblar.

Azər Maqsudovun sözlərinə görə, ilan sacması ilə zəhərlənənlər bir sutka ərzində həkimə müraciət etməlidir: “Həmin zəhərlənməyə qarşı istifadə edilən zərdab təxminən bir sutkayadək təsirlidir. Bir sutkadan artıq olduqda isə fəsadlaşma dövrü başlayır və istifadə edilən zərdab praktiki olaraq təsir göstərmir”.

Həmçinin, Azər Maqsudov ay ərzində günvurma ilə bağlı 4 nəfərin müraciət etdiyini deyib. Həmin şəxslər tez müraciət etdiyindən onlara qabaqcadan tibbi yardım göstərilərək evə buraxılıblar. Günvurma hadisələrinin əksəriyyəti Nərimanov, Yeni Günəşli, Yasamal rayonlarından olub.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!